28 yaşlı qadın dəm qazından zəhərləndi

Siyəzən rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü Vəkilova Gülnar Şıxlar qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

 

O, dərhal xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv