2803 müəllim təkrar sertifikatlaşdırmaya cəlb olunacaq

Bu il sertifikatlaşdırmada iştirak üçün 33 min 315 müəllimin məlumatı sistemə daxil edilib. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, mayın 18-də həmin müəllimlərin sertifikasiya imtahanı ilə bağlı məlumatlarə şəxsi kabinetlərinə yerləşdiriləcək. Onların 5290 nəfəri 60 yaşdan yuxarı yaş həddindədir. Qanun qəbul edilsə, bu müəllimlər prosesdə könüllü iştirak edəcək. Ötən il sertifikatlaşdırmada uğur qazana bilməyən 2803 müəllim isə təkrar sertifikatlaşmaya cəlb olunacaq. Bu dəfə də nəticə əldə etmədikləri təqdirdə müqavilələrinə xitam veriləcək. Nazir həmçinin növbəti həftədən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak üçün elektron sənəd qəbulunun başlayacağını bildirib. Məktəbəqədər təhsil müəssisələri üzrə işə qəbul müsabiqəsində isə 366 nəfər müsahibədən uğurla keçib, onlardan 128 nəfəri artıq işə qəbul olunub. Nazir bir neçə ümumtəhsil müəssisələrində şagird davranışı qaydalarının pilot tətbiqinə başlanıldığını da diqqətə çatdırıb. Mayın 11-dən birinci siniflərə qəbul üçün qeydiyyat prosesinə başlanılıb. Elm və Təhsil nazirininin sözlərinə görə, 81 503 uşaq Azərbaycan bölməsinə, 4590 nəfər uşaq isə rus bölməsinə birinci sinfə yerləşdirilib.

AYNUR QARA

FARİZ QULUYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv