29 il xəstəliklə savaşan qızın bacarıqları hər kəsi heyran edir

Bu şeirin müəllifi olan Aydan Hacıbəyli doğuş zamanı aldığı zədədən sonra sağlamlığını itirib. Uşaq serebral iflicindən əziyyət çəkən 29 yaşlı xanım hələ kiçik yaşlarından öz bacarıqlarını inkişaf etdirib.

Şeirlər yazıb, şəkillər çəkən bu gənc xanım 14 ildir ki, hörgü və parça üzərində toxuma sənəti ilə məşğuldur. İlk vaxtlar çətinlik çəksə də, indi öz işinin öhdəsindən ustalıqla gəlir.

Fiziki məhdudiyyətli olmasına baxmayaraq, istedadına, qabiliyyətinə arxalanan bu xanım  əsl sənətkar kimi yaşayır, yaradır, istedadını nümayiş etdirir. Eyni zamanda, rayon daxilində, həmçinin Respublikada keçirilən sərgilərdə böyük qürurla iştirak edir.

Valideynləri bildirir ki, indi Aydanın ən böyük arzusu öz şeirlərini kitab halında çap etdirməkdir.

Müəllif | Apa.Tv
Apa.tv