3 evi qarət edib, pulları mərc oyunlarına xərclədi

Şəmkir polisi ard-arda üç mənzili qarət edən şəxsi saxlayıb.

APA TV-nin məlumatına görə, Şəmkir sakini 23 yaşlı İslam Vəliyev yanvarın əvvəllərindən başlayaraq fevralın sonunadək yaşadığı ünvanın yaxınlığında yerləşən üç evi qarət edib. Mənzillərdə heç kimin olmadığından istifadə edən İslam Vəliyev gecə saatlarında evlərə daxil olaraq televizor, noutbuk və digər qiymətli əşyaları götürüb.

 

İslam Vəliyev polisə verdiyi ifadəsində oğurluq yolla əldə etdiyi televizoru noutboku və qiymətli qab-qacaqları müxtəlif şəxslərə satdığını pulunu isə mərc oyunlarına xərclədiyini deyib. Onun oğurladığı bütün əşyalar tapılaraq istintaqa təqdim olunub.

Hazırda saxlanılan şəxsin ətrafında əməliyyat tədbirləri davam etdirilir. Onun digər ünvanlarda oxşar cinayətlər törədib törətmədiyi araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv