3 gün öncə Göyçayda kanalda batan məktəblinin meyiti tapıldı

Göyçayda suda boğulan 10-cu sinif şagirdinin meyiti tapılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Qaraməryəm kənd sakini, 2005-ci il təvəllüdlü İsmayıl Cəbiyev 3 gün öncə Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və suda boğulub. Onun meyitinin tapılaraq sudan çıxarılması üçün dərhal əraziyə FHN-nin Mingəçevirdəki Aran Dalğıc-Axtarış qrupunun əməkdaşları cəlb edilib.

 

Bu gün mərhumun meyiti suda batdığı yerdən bir kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.


Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv