3 günlük körpə xəstəxanada ölüb - FAKT GİZLƏDİLİB

Şirvanda yeni doğulan körpə ölüb.

APA TV-nin məlumatına görə, hadisə Şirvan Mərkəzi Şəhər Xəstəxanasında qeydə alınıb. Kürdəmir rayon, Sığırlı kənd sakini Afət Mürşüdov polisə müraciət edərək yeni doğulmuş nəvəsinin xəstəxanada öldüyünü bildirib.

Kürdəmir rayon Sığırlı kənd sakini Ramilə İdrisova dekabrın 6-da həmin xəstəxanada uşaq dünyaya gətirib. Ayın 9-da isə uşaq xəstəxanada ölüb. Lakin xəstəxana bu barədə polisə məlumat verməyib.

Faktla bağlı araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv