3 ildir boşandığı qadını 2-ci dəfə bıçaqladı - ŞİRVANDA

Şirvanda qadın bıçaqlanıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində Heydər Əliyev prospektindəki zavodların birinə məxsus yataqxanada baş verib.

Şirvan sakini - 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızını 3 il əvvəl boşanmış əri - Şirvan sakini Quliyev Azad Ərəstun oğlu bıçaqlayıb. Qadının sinəsinə 2 zərbə endirilib. O, Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Onu vuran keçmiş əri isə aradan çıxıb. Polisin axtardığı şəxs boşandığı qadını ikinci dəfədir bıçaqlayır.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv