3 “Jiquli” toqquşdu: qəza törədən sürücü aradan çıxdı

 

Tovuz rayonunda avtoqəza baş verib.

APA TV-nin qərb bürosnun məlumatına görə, hadisə rayonun Aşagı Quşçu kəndində qeydə alınıb.

“VAZ 2107”markalı nəqliyyat vasitəsi 2 “VAZ 2106” markalı avtomobilə çırpılıb. Qəzaya səbəb olan sürücü aradan çıxıb.

Hadisə zamanı vurulan maşınlardan birində xəsarət alan sərnişin - Aşagı Quşcu kənd sakini, 1974-cü il təvəllüdlü Afət Musayeva Tovuz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, daha sonra evə buraxılıb.

Polis hadisə yerindən qaçan sürücünü axtarır.

Müəllif | Apa.Tv
Apa.tv