3 mindən çox əsir düşən var, 25 min insan öldürülüb

Ukraynadakı müharibə zamanı 15 mindən çox insan itkin düşüb. Bu barədə “Bloomberg” agentliyinə müsahibəsində Ukrayna Prezidentinin Hərbi Silahlı Qüvvələrinin hüquqla­rı­nın təmin edilməsi üzrə komissarı Yelena Verbitskaya bildirib.

 O əlavə edib ki, dəqiq məlumatlara görə, Rusiyada 3000-dən çox hərbi əsir saxlanılır, amma digərləri haqda hələ ki bir məlumat yoxdur. İtkin düşənlər üzrə Beynəlxalq Komissiya da faktı təsdiqləyib. Komissiyanın Avropa üzrə proqram direktoru Metyu Hollidey Reutersə açıqlamasında deyib ki, Rusiyada həbsdə saxlılanlar, zorla köçürülənlər, öldürülüb qeydiyyatsız basdırılanlar barədə dəqiq məlumatlar yoxdur. O əlavə edib ki, Ukraynada itkin düşənlərin araşdırılması prosesi hətta döyüşlər dayansa belə, illər davam edəcək. “Təkcə Mariupolda hesablamalara görə, 25000 nəfərin öldürülüb və ya itkin düşdüyünü nəzərə alsaq, 15 min rəqəm hətta daha az rəqəmdir. Rəqəmlər və Ukraynanın üzləşdiyi problemlər böyükdür. İtkin düşənlərin, ölənlərin böyük əksəriyyəti müharibə cinayətlərinin qurbanıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir”.

Holliday əlavə edib ki, itkin düşənlərin tapılması istiqamətində onların yaxınlarından DNT nümunələri götürülə bilər. Bu yöntəm Yuqoslaviyadakı münaqişə zamanı tətbiq edilib və 40 min nəfərdən 27 mininin tapılmasına nail olunub.

Müəllif | Apa.Tv
Apa.tv