3 minə yaxın şəxs əsirlikdən xilas olundu – APA TV
Genişmiqyaslı müharibə başlayandan bu günədək ölən və yaralanan Ukrayna və Rusiya hərbçilərinin ümumi sayı 500 minə yaxınlaşır.
Bu barədə “Nyu York Tayms” Amerika Birləşmiş Ştatlarının rəsmilərinə istinadən məlumat yayıb.
Onların fikrincə, itkilərin sayını dəqiq təxmin etmək çətindir, çünki Rusiya onları aşağı salır, Ukrayna isə açıqlamır. Nəşr qeyd edir ki, Rusiya ordusu döyüş meydanında hərbiçilərin sayı baxımından rəqibindən demək olar ki, üç dəfə üstündür.
Bu arada 2598 ukraynalı hərbçi və mülki şəxs artıq Rusiya əsirliyindən geri qaytarılıb. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib. Onun sözlərinə görə, növbəti mübadilələrin həyata keçirilməsi üçün işlər və hazırlıqlar davam edir.