3 otaqlı ev vəd edib, qazinin 3 minini aldılar: Polis işə qarışdı

Bakıda Vətən müharibəsi əlilinin atasına qarşı dələduzluq edilib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Sabunçu rayon icra başçısının əmrilə ev növbəsinə duran üçüncü qrup Vətən müharibəsi əlili Kənan Seyidova 1 otaqlı mənzil verilib. Bakı şəhər sakini Natiq Əliyev isə müharibə iştirakçısının atası Vüqar Seyidovu inandırıb ki, həmin evi Ramana qəsəbəsi Südçülük Sovxozunda tikiləcək binadan 3 otaqlı mənzillə dəyişdirəcək. Bu yolla ondan 3 min manat alıb.

V. Seyidov aldadıldığını görüb polisə üz tutub. Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində N. Əliyev törətdiyi əməli etiraf edib. Onun barəsində başlanan cinayət işi rayon prokurorluğuna göndərilib.

V. Seyidova dəyən ziyan isə tam olaraq, ödətdirilib.

Qeyd edək ki, hadisə barədə məlumatı lent.az yayıb.

Müəllif | Apa.Tv
Apa.tv