30 manat borca görə törədilən qətl – APA TV
Gəncədə qətl hadisəsi baş verib. Şəhər sakini 1987-ci il təvəllüldü Vasif Həsənov yaşadığı evin qarşısında bıçaqlanıb. Ağır bıçaq xəsarəti alan 37 yaşlı kişi dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Qətl hadisəsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki qətlə yetirilən 37 yaşlı Vasif Həsənov ailəli olub, onun 4 övladı var.
Fuad Nazimoğlu