30 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü, 56 nəfər sağaldı - AZƏRBAYCANDA

Azərbaycanda koronavirus infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.

 

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfəri vəfat edib, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Müəllif | Apa.Tv
Apa.tv