30 sutka həbs olunan şəxs saxlama məntəqəsində öldü

Paytaxtın Nərimanov rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, məhkəmənin qərarı ilə barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.

 

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv