31 il əvvəl Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılan Qurbanov Nofəl Nəriman oğlunun cənazəsi Sabunçu rayonunda dəfn olunub. Dəfn mərasimində şəhər ictimaiyyəti, şəhidin ailə üzvləri iştirak ediblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov bildirib ki, itkin düşmüş şəxslərə aid olan 500-ə yaxın  insan qalıqları aşkarlanıb və  onların eyniləşdirilib ailələrə təhvil verilmə prosesi mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, Qurbanov Nofəl Nəriman oğlu 1971-ci ildə Bakıda doğulub. Bakı şəhəri 82 nömrəli məktəbi bitirib. 1991-ci ildə də həqiqi hərbi xidmətə çağrılıb. O, qızğın döyüşlər zamanı ön cəbhədə vuruşub və 1992-ci ildə "Daşaltı əməliyyatı"nda itkin düşüb.

LƏMAN SALEHOVA

ARİF ƏLİYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv