31 yaşında şəhid oldu, 62 yaşında dəfn edildi

31 il əvvəl Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşən Məhərrəm Abbas oğlu Abbasovun dəfn mərasimi keçirilib. O, Keşlə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib. AYNUR QARA FARİZ QULUYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv