31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü – OĞUZDA

Oğuzda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

APA TV-nin  məlumatına görə, hadisə rayonun Dəymədərə kəndində baş verib.  Rayonun Sincan kənd sakini, 1990-cı il təvəllüdlü  Xasay Şərif oğlu Hüseynov Dəymədərə kəndi ərazisində elektrik dirəyinə çıxarkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub. Xasay Hüseynov aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv