318 nəfər koronavirusa yoluxdu, 714 nəfər sağaldı – 7 NƏFƏR ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv