“3393 azərbaycanlı mina hadisəsinin qurbanı olub”

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıb. Müraciəti "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri Rey Qasımov, "Minalar əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev imzalayıblar. Müraciətdə qeyd olunub ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 azərbaycanlı mina hadisəsinin qurbanı olub.

 

 

Mina qurbanları BMT-dən, digər beynəlxalq təşkilatlardan və dünya dövlətlərindən Ermənistanın Azərbaycana qarşı şiddətlənən mina müharibəsinə, terror fəaliyyətinə qarşı bir tədbir görülməsini istəyirlər.

 

Qeyd edək ki, son bir həftə ərzində 8 nəfər mina terrorunun qurbanı olub. 6 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

LƏMAN SALEHOVA

ARİF ƏLİYEV

 APA TV

Müəllif | Apa.Tv
Apa.tv