34 yaşlı kişi 6 aydır itkin düşüb
Sabirabad rayon sakini, 34 yaşlı Xəyal Həsənov cari ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, Xəyal Həsənovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin ŞİRVAN ŞƏHƏR POLİS ŞÖBƏSİ (+9942121) 5-28-02 ŞƏHƏR VƏ (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.