34 yaşlı şəxs naməlum şəraitdə bıçaqlandı - SAMUXDA
Samux bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Vüsal Feyizli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub. O, həkimlərə yıxılaraq xəsarət aldığını bildirsə də, müayinə zamanı onun bıçaq xəsarəti aldığı məlum olub. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
34 yaşlı şəxsin hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV