361 nəfər COVID-19-dan sağaldı, 162 nəfər yoluxdu, 4 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 230617 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 224168 nəfər müalicə olunaraq sağalıb, 3145 nəfər vəfat edib, aktiv xəstə sayı 3304 nəfərdir.

 

Qeyd edək ki, son sutka ərzində 7198, hazırkı dövrədək isə 2426945 test aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv