37 yaşlı kişi bıçaqlandı - SUMQAYITDA
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində, 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Sözügedən ərazidə yerləşən marketlərin birinin qarşısında 1983-cü il təvəllüdlü Ramil Xəlilov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Ramil Zeynallı
Əli Əliyev
APA TV