4 nəfər isti izlərlə saxlanıldı

Türkiyənin Trabzon şəhərində kriminal dairələrdə "Rezo Tbilisski" kimi tanınan 64 yaşlı gürcü “qanuni oğru” Revaz Lortkipanidze güllələnib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə iştirak etməkdə şübhəli bilinən 4 nəfəri isti izlərlə saxlayıb.

Dəfələrlə məhkum olunmuş Lortkipanidze ən təcrübəli və hörmətli adamlardan biri hesab olunurdu. O, qədim bir knyaz ailəsinin nəslindən idi.

2022-ci ilin yanvarında Kutaisi oğru diasporasının liderlərindən biri, kriminal mühitdə daha çox Şotiko kimi tanınan Şota Tevdoradzenin Yunanıstanda aradan götürülmüşdü. Qətl Afinada oğlunun gözü qarşısında baş vermişdi.

Müəllif | Apa.Tv
Apa.tv