4 yaşlı əkiz qardaşların köməyinizə ehtiyacı var - SOS

4 yaşlı Həsən və Hüseyn Cəfərovlar əkizdirlər. Hərbçi Daşdəmir Cəfərovun ailəsində dünyaya gələn körpələr anadangəlmə ürək qüsurludur.

 

APA TV-nin xəbərinə görə, uşaqların xəstə olması Sumqayıtda kirayədə qalan ailəni çətin duruma salıb. Günlər, aylar ötdükcə isə uşaqların vəziyyəti pisləşir, ailənin ümidi isə daha da tükənir. Körpələrin anası Rəmziyyə Cəfərova deyir ki, 4 yaşlı əkiz qardaşların əməliyyata ehtiyacı var: “Anadangəlmə ürək qüsurludurlar. Həm də yarımçıq dünyaya gəlmiş uşaqlardır. Yəni mən bunları 2 ay şüşədə saxlamışam, gətirmişəm. Yəni bu qədər müalicə eləmişəm gətirib çıxarmışam bu günə. Həkimlər ona əməliyyat deyiblər. 35000 dollar. İndi məndə də o yoxdur ki, mən onları edim. Uşaqların 4 yaşı var. Həkim 6 yaşına kimi əməliyyat deyib. Anadangəlmə ürk qüsurludurlar. Həm də ki, qırmızı qanları aşağıdır. Ağ qanları yüksəkdir. Ona görə də müalicələr edirəm”.

 

Ana deyir ki, övladlarının müalicəsi üçün banklardan birindən kredit də götürüblər. İş o yerə çatıb ki, Cəfərovlar ailəsi neçə aydır ki, kredit və kirayə pulunu da ödəmək iqtidarında deyil.

 

Uşaqların anası Rəmziyyə Cəfərova övladlarının sağalması üçün ona yardım edilməsini istəyir: “İnsanlardan kömək istəyirəm. Dəyərli qardaşlarımdan, bacılarımdan, xanımlardan. Kömək istəyirəm ki, imkanlı qardaşlardan, mənə dəstək olsunlar. Mənə kömək etsinlər ki, mənim bu balalarımı xilas etsinlər. Bizi də bu zülmdən xilas eləsinlər. Mən kömək istəyirəm. Cənab Prezidentimizdən, Mehriban xanımdan kömək istəyirəm. Mənə kömək etsinlər”.

 

Ailə övladlarının əməliyyatı üçün bankda hesab da açıb. Ümidvarıq ki, bu ailənin problemlərinə əncam çəkən tapılacaq.

 

Cəfərovlar ailəsinə dəstək olmaq istəyənlər: 0505720919 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv