45 yaşlı kişi maşını ilə birgə yoxa çıxdı

Bakıda 45 yaşlı kişi itkin düşüb.

 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

 

Rayon sakini 1978-ci il təvəllüdlü Ramil Həsənov idarə etdiyi "Opel" markalı 99-XM-603 dövlət nömrə nişanlı avtomobili ilə birgə yoxa çıxıb.

 

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Faktla bağlı Səbail polisi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv