45 yaşlı kişini avtomobil vurdu

Lənkəranda 45 yaşlı kişini avtomobil vurub.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, qəza gecəyarısı rayonun Vilvan kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini Vüqar Fərzizadə idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçmək istəyən Veravul kənd sakini, 1967-ci il təvəllüdlü Maşallah Hüseynovu vurub. Sürücü piyadanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, artıq piyadanın öldüyü məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. O, Vilvan kəndindəki restoranda aşpaz işləyirmiş və işdən evə qayıdarkən bu hadisə baş verib. Sürücü Vüqar Fərzizadə isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

Müəllif | Apa.Tv
Apa.tv