46 saylı Şirvan Seçki Dairəsində “exit-poll” keçirilir
46 saylı Şirvan Seçki Dairəsində seçici aktivliyi müşahidə edilir.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu dairədə deputat mandatı uğrunda 11 namizəd mübarizə aparır. Onlardan 3 nəfəri siyasi partiyalar (YAP, ADP və Müsavat) tərəfindən irəli sürülən namizədlərdir.
Adı çəkilən seçki dairəsində 34 seçki məntəqəsi fəaliyyət göstərir. Havanın qarlı keçməsinə baxmayaraq, səhər saatlarında 27, 14 və 29 saylı məntəqələrdə seçici aktivliyi müşahidə edilir. Dairə Seçki Komissiyası üzrə seçicilərin ümumi sayı 43 417 nəfərdir. Seçki prosesini 660 yerli müşahidəçi, o cümlədən siyasi partiyalardan 139, namizədlər tərəfindən 219 və QHT-lərdən 35 nümayəndə izləyir. Eyni zamanda ATƏT-in Rusiya və Norveçdən olan nümayəndələri də ərazidə müşahidə missiyası həyata keçirirlər.
12 seçki məntəqəsində veb kamera quraşdırılıb. 7 və 10 saylı seçki məntəqələrinin qarşısında “İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondu” və “OpinionWay” (Fransa) təşkilatları, 29 saylı məntəqənin çıxışında isə “Rəy” Monitorinq Mərkəzi tərəfindən “exit-poll” həyata keçirilir.