5 avtomobilə çırpılan “Mercedes” bayram meydanına girdi - AĞSTAFADA
Ağstafada zəncirvari avtoqəza olub.
APA TV-nin qərb bürosnun məlumatına görə, hadisə bayram şənliyi keçrilən ərazidə qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxıb və bayram şənliyində iştirak edən şəxslərin yol kənarında saxladığı bir neçə nəzqliyyat vasitəsinə çırpılıb. İki “VAZ 2106” həmçinin, “VAZ 2107" və "VAZ 2104"markalı maşınlar ciddi zərər görüb. Bir neçə nəfər yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən həmin şəxslər evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.