5 gün öncə İmişlidə zəhərlənən ailənin daha bir üzvü öldü
Fevralın 12-də turşudan zəhərlənən məcburi köçkün ailəsinin 15 yaşlı üzvü bu gün dünyasını dəyişib.
APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, fevralın 12-də İmişlidə məskunlaşan Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Ağayev, həyat yoldaşı 1968-ci il təvəllüdlü Səyalı Ağayeva və onların qızı - 2005-ci il təvəllüdlü Samirə Ağayeva zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib.
Vəziyyətləri ağır olan ailə başçıları daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib. Lakin Səyalı Ağayevanın vəziyyəti ağır olduğundan o dünyasını dəyişmişdi.
Komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən ailənin 15 yaşlı üzvü Samirə Ağayeva isə bu gün dünyasını dəyişib.
Qeyd edək ki, ailə üzvlərinin zəhərlənməsinə konservləşdirilmiş pomidor turşusundan hazırlanan yemək səbəb olub.