5 nəfər qarlı yolda qaldı – FHN XİLAS ETDİ

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində 1 ədəd avtomobilin qarlı yolda batması və avtomobilin içərisində biri azyaşlı olmaqla 5 nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən APA TV-yə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

 

Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv