5 yaşlı uşağı alovların içindən çıxartdı - ÖZ CANINI HEÇƏ SAYDI

Bəhruz Salahov 10 ildir ki, xilasedici vəzifəsində işləyir. O, FHN-in xüsusi riskli xilasetmə xidmətinin giziridir. Əslən Yevlax rayonundan olan qəhrəmanımız 4 azyaşlı övladı var. Artıq Bəhruzu bütün ölkə tanıyır. O, öz peşəsini vicdanla icra edən çox az adamdan biridir.  Bəhruz Mingəçevirdə baş verən yanğın zamanı yaxın ərazidən keçərkən partlayış baş verdiyini görür və məzuniyyətdə olsa da hadisə olan binaya qaçır.

 

Bəli! O öz canını balaca Zeynəbin həyatını xilas etmək üçün təhlükəyə atıb.

 

İndi balaca Zeynəb və anası Aytənin son durumu isə qənaətbəxşdir. Bunu çəkliş qrupumuza Zeynəbin babası  bildirdi. O həmçinin nəvəsinin həyatını xilas  edən  Bəhruz Salahova öz təşəkkürünü bildirdi.

 

Onun bu fədakarlığı hələ çox gəncə örnək olacaq. Salahovun şücaəti gələcəyin qəhrəman xilasedicilərinə bu yolda mayak olacaq.

 

Elgün Gəncimsoy, APA TV, Mingəçevir

 

 

Müəllif | Apa.Tv
Apa.tv