50 yaşlı qadın hamamda ölü tapıldı

Ucar sakini dəm qazından boğularaq ölüb.

Ucarın Şamil Fərzəliyev küçəsində kirayədə yaşayan Gəraybəyli kənd sakini, 1973-cü il təvəllüdlü Gülşən Ağaisa qızı Quliyeva hamamda huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan həkim briqadası onun dəm qazından boğularaq öldüyünü müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv