50 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq ölüb – APA TV

Goranboyda maşın təmiri sexində çalışan usta ehtiyatsızlıq nəticəsində ölüb.Hadisə rayonun Xanqərvənd kəndində baş verib. Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən usta Xanqqərvənd kənd sakini 1974-cü il təvəllüdlü Tahir Məhərrəmovdur. Ustanın meyiti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib.Qeyd edək ki,50 yaşlı Tahir Məhərrəmov ailəli olub. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon prokrorluğunda araşdırma aparılır

Müəllif | Apa.Tv
Apa.tv