509 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü – 129 NƏFƏR SAĞALDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 43 789 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib, aktiv xəstə sayı 3 368 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7 878, hazırkı dövrədək isə 1 209 802 test aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv