56 yaşlı kişi 22 yaşlı gənci bıçaqladı - MUSİQİ SİFARİŞİNƏ GÖRƏ

Şəmkirdə keçirilən toy mərasimində bir nəfər bıçaqlanıb.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Mayıl İsmaylov bıçaq xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 22 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlum olub ki, Mayıl İsmayılova 1963-cü il təvəllüdlü Fərhad Məmmədov toyda musiqi sifarişi üstündə aralarında yaranan mübahisə zamanı xəsarət yetirib.

56 yaşlı kişi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv