6 tələbə qız zəhərləndi - BU DƏFƏ QAZAXDA

Qazaxda 6 tələbə zəhərlənib.

APA TV-nin qərb bürosunun məlumatına görə, fakt Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb.

Dərs zamanı bir neçə tələbənin halı pisləşib. Onlar dərhal Qazax Diaqnostika Mərkəzinə aparılıb. İlkin tibbi müdaxilədən sonra onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Tibb ocağından zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilib:

Zəhərlənən tələbələr - Gədəbəy rayon sakini, 19 yaşlı Həsənova Güləndam Saqif qızı, Tərtər rayon Söyləm kənd sakini, 19 yaşlı Səfərli  Əfsanə Mətləb qızı, Ağstafa rayon Həsənsu kənd sakini, 19 yaşlı Mərdanova Xavər Fikrət qızı, Şəmkir rayon Şəmkirqalası kənd sakini, 18 yaşlı Alızadə Arzu Azər qızı və Qazax şəhər və rayonun Balacəfərli kənd sakinləri, 19 yaşlı Süleymanova Mahizər Akif qızı ilə 19 yaşlı Mərdanova Səidə İntiqam qızıdır.

Övladlarının zəhərləndiyini eşidib özünü çatdıran valideynlərə və tələbələrin yaxınlarına qızların sinif otağında sobanın tüstüsündən zəhərləndikləri deyilib. Onlar da  kolleci qızdırmaq üçün sinif otaqlarında dizel  yanacağından istifadə  edildiyini təsdiq edir. Buna görə də faktın məhz bu səbəbdən baş verdiyi ehtimal olunur:   

Tədris müəssisəsindən ötən ildən kombi avadanlığı quraşdırıldığı bildirilib, amma hələlik qazla təmin olunmayıb. Bu səbəbdən də binanı alternativ yanacaq - yəni dizel yanacağı ilə işləyən soba ilə isidirlər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv