6 yaşlı uşağı it dişləyib - ZAQATALADA
Zaqatalada azyaşlını it dişləyib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yolayrıc kəndində qeydə alınıb.
Kənd sakini - 2013-cü il təvəllüdlü Xalid Soltan oğlu Diniyev müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Sahibsiz heyvan 6 yaşlı uşağa evlərinin yaxınlığında hücum edib. İt onun sağ ayağının aşağı ətrafını və bud nahiyəsini dişləyib.
Yaralıya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.