60 yaşlı kişi Kürdə batdı - SABİRABADDA

Sabirabadda 59 yaşlı kişi Kürdə batıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cavad kəndi ərazisində qeydə alınıb.

Yolçubəyli kənd sakini, 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulqəni oğlu çayda boğulub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA TV-yə verilən məlumata görə, meyit FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 80 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv