64 yaşlı kişi Kürdə çimərkən boğulub - NEFTÇALADA

Neftçalada 64 yaşlı rayon sakini Kürdə batıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, mayın 9-da saat 16.00 radələrində, Kür çayının rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlu çayda çimərkən boğulub. Axtarışlara cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Muğan regional şöbəsinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv