67 yaşlı kişini maşın vurdu, xəstəxanada öldü - BALAKƏNDƏ
Balakəndə avtomobillə vurulan piyada xəstəxanada ölüb.
APA TV-nin məlumatına görə, hadisə yanvarın 16-sı axşam saatlarında rayonun Balakən-Qabaqçöl avtomobil yolunda baş verib.
Rayonun Talalar kənd sakini, 67 yaşlı Abdurəhman Əfəndi oğlu Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Abdurəhman Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Abdurəhman Hacıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.