7 aylıq uşağa 6 banka qoyuldu – Pediatr: Çox dəhşətli görüntüdür – APA TV - VİDEO
Azərbaycanda ailə 7 aylıq olduğu iddia edilən körpəni türkəçarə yolla sağaltmağa çalışıblar.
Bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb. Görüntülərdə oğlan uşağının belinə banka qoyulması əks olunub.
Videonu izləyən sosial şəbəkə izləyiciləri iki qrupa ayrılıb. Görüntülərdən dəhşətə gələnlər də var, bunu normal qarşılayanlar da.. Bəs, körpəyə banka qoyulması nə dərəcədə doğrudur? Pediatr körpənin gələcəkdə üzləşə biləcəyi fəsadlardan da danışıb. Bəs, sözügedən körpənin ailəsi məsuluyyətə cəlb oluna bilərmi?
Qeyd edək ki, tibbdə banka müalicəsi əksər hallarda, tövsiyə edilmir.
Qaldı ki, bu metod körpələrə tətbiq edilsin.
LƏMAN SALEHOVA
APA TV