7-ci sinif şagirdi özünü öldürdü
Bakıda intihar hadisəsi olub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsində qeydə alınıb. 13 yaşlı Talıb Mahir oğlu Mirzəyev yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Talıb Mirəzyev qəsəbədəki məktəblərin birinin 7-ci sinfində təhsil alırmış.