70 yaşlı şəhər dezinfeksiya olundu - DAXİLİ QOŞUNLARIN XÜSUSİ TEXNİKALARI VASİTƏSİLƏ

Sumqayıt şəhərində koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.

APA TV-nin məlumatına görə, Sumqayıtın əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən texnikalar vasitəsilə şəhərin küçələri yuyulub.

Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv