70 yaşlı xaçmazlının təsərrüfatındakı yumurtaların qiyməti 25 manatdır
İxtisasca mühəndis olan 70 yaşlı Ömər Hacıbalayev 10 ildən çoxdur şəxsi təsərrüfatında müxtəlif ekzotik quş növləri saxlayır. Müsahibimiz uşaqlıqdan quşlara, heyvanlara xüsusi diqqətlə yanaşıb. On yaşı olanda şəhər evində tutuquşu, bülbül və balıqlar saxlayıb. Bir vaxtların hobbisi indi onun əsas məşğuliyyətidir.
Ömər Hacıbalayevin fermasındakı quşların sayı 100-ə yaxındır. Təsərrüfatda ümumilikdə 25 növ ekzotik quş bəslənilir.
Təsərrüfatçı ekzotik quşları bəsləməyin çətin olmadığını bildirir. Amma bu quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida rasionunu düzgün müəyyənləşdirmək və xəstəliklərdən qorumaq lazımdır.
Ömər Hacıbalayev təsərrüfatında saxlamaq üçün dəvəquşu da əldə etmək niyyətindədir.