74 yaşlı kişi diri-diri yandı

Gəncədə yanğın hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə  şəhərin Nizami rayonunda Şərəfxanlı küçəsində qeydə alınıb. Şəhər sakini 74 yaşlı Tofiq Hüseynova məxsus ümumi sahəsi 400 m² olan birmərtəbəli, altı otaqlı  ev yanıb. Yanğın zamanı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb, ev sahibi, 74 yaşlı Tofiq Hüseynov evdə yanaraq ölüb. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Məlumata görə ev sahibi yataq xəstəsi  olub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hadisə ilə bağlı təhqiqat aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV, Gəncə

Müəllif | Apa.Tv
Apa.tv