78 yaşlı kişi ağacdan yıxılıb öldü - QAXDA

Qaxda ehtiyatsızlığı 78 yaşlı kişinin ölümünə səbəb olub.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, adisə noyabrın 26-da rayonun Qaxingiloy kəndində baş verib.

Kənd sakini, 78 yaşlı Sandro Qaşaişvili qoz ağacından yıxılaraq xəsarətlər alıb. O, yaxınlarının köməyi ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv