80-ə yaxın əlilliyi olan idmançı 5 kateqoriyada və uşaq kateqoriyasında yarışıblar

Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə “Boccia idman növü üzrə Heydər Əliyev turniri” keçirilib. Turnir 6 mart 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində start götürüb.

Turnirdə əlil arabasında mübarizə aparan 80-ə yaxın əlilliyi olan şəxs finala qədər mərhələni başa vurub.

Qeyd edək ki, idmançılar qızlar və oğlanlar olmaqla 5 kateqoriyada və uşaq kateqoriyasında yarışıblar. Çempionat beynəlxalq Boccia təşkilatı “BİSFED” qanunlarına əsasən təşkil olunub.

Bakı İdman Sarayında keçirilən turnirin final mərhələsinin qalibləri kubok, medal və hədiyyələr ilə mükafatlandırılıblar.

Müəllif | Apa.Tv
Apa.tv