16:02 30 iyun 2022 169
Ana səhifə Xəbərlər

80 milyon manat mənimsəyən generalla bağlı YENİ QƏRAR

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

 

APA-nın əldə etdiyi xəbərə görə, istintaq orqanı tərəfindən Nizami Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.

 

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib. Qərara əsasən, Nizami Məmmədovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

 

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

 

Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manatı mənimsəməkdə təqsirləndirilir.

 

Yeri gəlmişkən qeyd edək ki, Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri – nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına da baxılıb

 

APA TV xəbər verir ki, keçirilən prosesdə ittiham olunan şəxslərin hər birinin həbs müddəti 3 ay uzadılıb.

 

Bununla bağlı qərar bir neçə gün əvvəl elan olunub.

 

 

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın