8103-dən dəfn mərasimi üçün iki gün icazə istədi

Bərdədə xüsusi karantin rejimi qaydalarından sui-istifadə edən şəxs müəyyən edilib.

 

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini Ramil Mehdiyevin tətbiq edilən karantin qaydalarından sui-istifadə edərək çölə çıxdığı müəyyən edilib.

 

Ramil Mehdiyev iki gün ərzində “8103” qısa nömrəsinə mesaj göndərərək dəfn mərasimində iştirak etmək məqsədilə icazə alıb. Lakin sonuncu dəfə eyni məqsədlə icazə alarkən ona bu barədə rədd mesajı gəlib. Rədd mesajına baxmayaraq, bu dəfə onun “8103” xidmətinin birinci bəndinə uyğun icazə alaraq evdən çıxdığı müəyyən edilib.

 

Ramil Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Müəllif | Apa.Tv
Apa.tv